Ançelotti “Real”ın çempionluğu ilə bağlı sualı cavabladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 32-ci turunda “Barselona” üzərində qələbədən (3:2) sonra çempionluq haqda sualı cavablayıb.

Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Çempionluq bizim üçün daha da yaxınlaşıb. Gəlin, eyni ruhda işləməyə davam edək. Bəli, bu oyunda qələbə çox vacib idi, amma indi bir az dincəlməliyik. Çünki həftə Madrid üçün çətin, amma unudulmaz oldu”, deyə Ançelotti təmkin və səbr nümayiş etdirib.

Hazırda “Real” 32 oyundan 81 xalla La Liqanın yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Qaymaqlılar” ən yaxın izləyicisi “Barselona”nı (70 xal) 11 xal qabaqlayırlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: