Ançelotti “Real”ın hücum üçlüyü haqda sualı cavabladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın hücum üçlüyü – Vinisius Junior, Kilian Mbappe və Rodriqo haqda sualı cavablayıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, italyan mütəxəssis adı çəkilən futbolçuların mövsümün əvvəlində meydandakı qarşılıqlı münasibəti barədə fikrini bildirib:

“Vinisius, Mbappe və Rodriqo arasında qarşılıqlı əlaqə? “Real” dünyanın ən böyük klubu olduğu üçün oyunçu seçiminə çox yüksək tələblər qoyur. Ən görkəmli futbolçular buradadırlar. Düşünürəm ki, klubun xeyrinə işləmək üçün onların ən yaxşı keyfiyyətlərini ortaya qoymağı bacarmaq gərəkdir. Bunu hər il etməyə çalışırıq.

Yeni gələnlər? Kilian Mbappe və Endrik çox yaxşı uyğunlaşırlar. Bütün yarışlarda mübarizə apararaq gözəl bir mövsüm keçirəcəyik. Qələbə qazanmaq asan deyil, amma hər oyunda mübarizə aparmaq və heç vaxt təslim olmamaq bizim borcumuzdur. Ümumiyyətlə, bu klubda həmişə belə olur”, deyə Ançelotti mənzərəni ümumi təsvir etməyi təfərrüata varmaqdan üstün tutan cavabı ilə diqqət çəkib.

Xatırladaq ki, İspaniya La Liqasının ilk 4 turundan sonra “Real” 8 xalla yarış cədvəlinin 4-cü pillədə qərarlaşıb. La Liqaya 4 oyunda mütləq nəticə göstərmiş “Barselona” 12 xalla başçılıq edir.