Ançelotti “Valyadolid”lə qarşıdakı La Liqa oyunu haqda danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Valyadolid”lə İspaniya La Liqanın 2-ci turunun qarşıdakı ev oyunu ilə bağlı gözləntilərini paylaşıb.

Arena.az İspaniya nəhənginin rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Stadionumuzda oynamaq bizim üçün həmişə vacibdir. Biz qayıdış etmək istəyirik, çünki uzun müddətdir burada oynamamışıq. Yaxşı oynamalı, oyunda qalib gəlməli və günümüzü yaxşı keçirməliyik.
Bu həftə oyuna yaxşı hazırlaşmışıq. “Malyorka” ilə oyunda alınmayanların üzərində işləmişik. Biz nə baş verdiyini yaxşı başa düşdük və onu düzəltməyə çalışdıq. “Valyadolid”ə qarşı oyun yaxşı bir sınaq olacaq”, deyə Ançelotti vurğulayıb.

“Real” – “Valyadolid” oyunu bu gün – avqustun 25-də keçiriləcək. Oyunun baş hakimi Viktor Qarsiya Verdura olacaq. Oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

La Liqanın 1-ci turunda “Malyorka” ilə səfərdə 1:1 hesablı heç-heçə oynamış “Real” hazırda 1 xalla yarış cədvəlinin 11-ci pilləsində qərarlşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: