Angelos Postekoqlu: “Mançester Siti” daha yaxşı idi”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu komandasının İngiltərə Kubokunda “Mançester Siti”yə məğlubiyyətini (0:1) şərh edib.

Arena.az BBC-yə istinadən, yunanəsilli avstraliyalı mütəxəssisin bu barədə fikirlərini diqqətinizə çatdırır:

“Yüksək səviyyəli komandaya qarşı çətin oyun idi. Oyunda qalmaq üçün çox çalışdıq və belə bir gec qol buraxdıq… Amma rəqib daha yaxşı idi.

“Mançester Siti” sizi bəzən əziyyətə salır, ona görə də biz çox çalışmalı olduq və bu gün yaxşı müdafiə olunduq. Bu, bizim üçün çox çətin sınaq idi. Gəlin, əvvəlki kimi irəliləməyə davam edək. Bu gün bizim üçün heç nə dəyişməyib”, deyə Angelos Postekoqlu bildirib.

Xatırladaq ki, İngiltərə Kubokunun 1/16 final mərhələsində “Tottenhem Hotspur” stadionunda keçirilmiş “Tottenhem” – “Mançester Siti” oyunu “şəhərlilər”in “mahmızlar”ın üzərində 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu oyunun 88-ci dəqiqəsində holland mərkəz müdafiəçisi Natan Ake vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: