“Araz-Naxçıvan” “Alanyaspor”la qarşılaşacaq

İyulun 10-da Türkiyəyə təlim-məşq toplanışına yollanan “Araz-Naxçıvan” dünəndən məşqlərini Erzurum şəhərində reallaşdırır.

Arena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda üzvləri əvvəlcə fitnes məşqlər edib, günün ikinci yarısında isə hazırlıq prosesi yaşıl meydanda baş tutub.

Yeni transferlərdən Benni də artıq komandanın düşərgəsindədir.

Baş məşqçi Elmar Baxşıyev hazırkı heyətlə ilk sınağını iyulun 16-da verəcək. Həmin gün keçiriləcək yoxlama oyununda “qırmızı-ağlar”ın rəqibi Türkiyə Super Liqası təmsilçilərindən “Alanyaspor” olacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

“Araz-Naxçıvan” toplanış çərçivəsində daha 2 oyun keçiriləcək. Matçların tarixi və rəqiblər barədə əlavə məlumat veriləcək.