İngiltərə Premyer Liqasının 2-ci turunun “Brentford”a qarşı ev oyunu (2:0) “Liverpul”un baş məşqçisi Arne Slot üçün əlamətdar olub.
Arena.az “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir ki, bu oyunda qələbə qazanmaqla, Slot “Liverpul”un bütün zamanlarının rekordunu müəyyənləşdirib.
Belə ki, niderlandlı mütəxəssis İngiltərə Premyer Liqasının ilk iki oyununda “qırmızılar”a iki qələbə qazandırıb ki, bu da öz növbəsində mütləq klub rekordudur.
Xatırladaq ki, 1-ci turda “Liverpul” səfərdə “İpsviç Taun”u 2:0 hesabı ilə məğlub etmişdi. Bu nəticə isə XXI əsrdə Premyer Liqanın ilk turunda “Liverpul”a qələbə qazandırmağı bacarmış ilk məşqçi olaraq Slotun adını tarixə yazmışdı.
2 turdan sonra “Liverpul” 6 xalla Premyer Liqanın liderlər dəstəsində – 3-cü pillədə qərarlaşıb. Premyer Liqaya 6 xalla “Mançester Siti” başçılıq edir.
Arne Slot “Liverpul”un sükanı arxasında cari ilin iyul ayından fəaliyyətdədir. “Qırmızılar” 45 yaşlı niderlandlı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.


