Arne Slot “Liverpul”un transfer bazarındakı süstlüyünü izah etdi

“Liverpul”un yeni baş məşqçisi Arne Slot “qırmızılar”ın cari yay transfer pəncərəsində süst fəaliyyətinin səbəbini açıqlayıb.

Arena.az “DerbyDerbyDerby” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Liverpul”a layiq olan və komandanı inkişaf etdirə biləcək oyunçuları tapmaq o qədər də asan deyil”, deyə Slot bircə cümlə ilə vurğulayıb.

45 yaşlı niderlandlı mütəxəssis “Liverpul”un sükanı arxasında cari ilin iyul ayından fəaliyyətdədir. “Qırmızılar” Slotla müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

“Liverpul”un Slotu baş məşqçi olaraq seçməsində niderlandlı mütəxəssisin “Feyenoord”un sükanı arxasıda keyfiyyətli fəaliyyət vacib məqam olaraq qiymətləndirilir.

Arne Slot “Liverpul”a qədər, 2021-ci ilin iyul ayından “Feyenoord”a çalışdırırdı. “Feyenoord” niderlandlı mütəxəssisin rəhbərliyi altında bütün yarışlarda 148 oyuna çıxıb, 97 qələbə, 27 heç-heçə və 24 məğlubiyyət yaşayıb. Rotterdamlıların top fərqi isə 346:156 nisbətindədir. Slot “Feyenoord”a Niderland Eredivizisini (2022/2023) və Niderland Kubokunu (2023/2024) qazandırıb.