Arne Slot “Liverpul”un yeni rekorduçuna çevrildi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin “Bolonya” ilə 2-ci turunun oyunu “Liverpul”un baş məşqçisi Arne Slot üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “qırmızılar”ın 2:0 hesabı ilə qələbə qazandığı ev oyununda Slot “Liverpul”un sükanı arxasında keçirdiyi 9-cu oyununda 8-ci qələbəsini rəsmiləşdirib.

Beləliklə, Slot “Liverpul”da bütün zamanların məşqçilik rekordunu müəyyənləşdirib. İndi niderlandlı mütəxəssisin hesabında İngiltərə Premyer Liqasının ilk 6 turunda 5 qələbə, Çempionlar Liqasının ilk 2 turunda 2 qələbə və İngiltərə Liqa Kubokunda keçirdiyi ilk oyunda 1 qələbə var. Slot “Liverpul”la cəmi 1 oyunda məğlub olub, bu, Premyer Liqa çərçivəsində “Nottingem Forest”lə ev oyununa (0:1) təsadüf edib.

Niderlandlı mütəxəssis müvafiq nailiyyətini şərh edib:

“Bu, xoşdur, burada o qədər çox gözəl insanlar işləyiblər ki… Yeganə məqam odur ki, ümidvaram, məni bu məqama görə xatırlamayacaqlar. Amma bu, çox xüsusu deyil. O cümlədən Yurgen Klopun özündən sonra hansı komandanı qoymasını, oyunçularımın və köməkçilərimin necə işləməsini. Bununla belə, bir daha deyirəm, daha çoxuna nail olacağıma ümidvaram”, – “Liverpul”un rəsmi saytı Slotdan sitat gətirir.

Arne Slot “Liverpul”un sükanı arxasında cari ilin iyul ayından fəaliyyətdədir. “Qırmızılar” 46 yaşlı niderlandlı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Xəbəri istədiklərinizlə paylaşın