Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, bu mərhələnin cavab oyunlarının hamısı eyni gündə baş tutub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbaxça” İspaniyada iki cavabsız qolla məğlub olduğu “Sevilya”dan bunun revanşını almağa çalışıb. Amma İstanbul təmsilçisi doğma meydanda qələbə qazansa da, bu, mərhələ adlamaq üçün yetərli olmayıb.
Turnirin favoritlərindən sayılan İngiltərə təmsilçisi “Mançester Yunayted” evdə darmadağın etdiyi İspaniya “Betis”inə səfərdə də qalib gəlib. İngiltərənin digər təmsilçisi “Arsenal” isə evdə Portuqaliya “Sportinq”i ilə bacarmayıb. Premyer Liqanın lideri olan “topçular” penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.
İtaliya klubları “Yuventus” və “Roma” səfərdə mərhələ adlamağa nail olublar. “Canavarlar” İspaniyanın “Real Sosyedad” komandası ilə sərfəli heç-heçəyə imza atıblarsa, Turin təmsilçisi Almaniya “Frayburq”unu inamlı hesabla yenib.
Almaniyanın “Bayer” klubu doğma meydanda 2 cavabsız qolla yendiyi Macarıstan “Ferentsvaroş”una səfərdə də eyni hesabla qalib gəlib. Almaniyanın digər təmsilçisi “Union Berlin” isə Belçika “Yunion”una səfərdə 2 cavabsız qolla uduzaraq mübarizəni dayandırıb.
“Feyenord” (Niderland) da Donetsk “Şaxtyor”unu darmadağın etməklə mərhələ sevinci yaşayıb.
Xatırladaq ki, Avropa Liqasında 1/4 finalın püşkü ayın 17-də atılacaq.
Avropa Liqası
1/8 finalın cavab oyunları
16 mart
“Betis” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 0:1
Qol: Raşford, 56.
İlk oyun – 1:4
“Fənərbaxça” (Türkiyə) – “Sevilya” (İspaniya) 1:0
Qol: Valensiya, 41-pen.
İlk oyun – 0:2
“Feyenord” (Niderland) – “Şaxtyor” (Donetsk, Ukrayna) 7:1
Qol: Ximenes, 9. O.Kökcü, 24; 38-pen. İdrissi, 49; 60. Cahanbaxş, 64. Danilo, 67 – Kelsi, 87.
İlk oyun – 1:1
“Frayburq” (Almaniya) – “Yuventus” (İtaliya) 0:2
Qol: Vlahoviç, 45-pen. Kyeza, 90+5.
İlk oyun – 0:1
“Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya) 1:1 (penaltilər 3:5)
Qol: Caka, 19 – P.Qonsalves, 62.
İlk oyun – 2:2
“Ferentsvaroş” (Macarıstan) – “Bayer” (Almaniya) 0:2
Qol: Diabi, 3. Adli, 81.
İlk oyun – 0:2
“Real Sosyedad” (İspaniya) – “Roma” (İtaliya) 0:0
İlk oyun – 0:2
“Yunion” (Belçika) – “Union Berlin” (Almaniya) 2:0
Qol: Teuma, 18. Amani, 63.
İlk oyun – 3:3


