Arteta “Arsenal”ın mümkün çempionluğu haqda danışdı

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın cari mövsüm İngiltərə Premyer Liqasında çempionluq imkanlarını dəyərləndirib.

Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, komandasının taleyinin öz əlində olmamasına rəğmən, ispan mütəxəssis müvafiq xüsusda nikbindir:

“Səhv etməyə haqqımız yoxdur, bizimlə rəqabət apararaq işimizi çətinləşdirən böyük komandalar var. Bu gün azarkeşlərimizin önündə baş tutacaq qənimətə qapı açmaq istədik.

“Mançester Siti” – “Tottenhem” oyununu mütləq izləyəcəyik. Nəticələrə nəzarət edəcəyik. Futbolda həmişə imkanlar var”, deyə Arteta vurğulayıb.

Xatırladaq ki, “Arsenal” 37-ci tur çərçivəsində səfərdə “Mançester Yunayted” üzərində 1:0 hesablı vacib qələbə qazanıb. Hazırda “topçular” 37 oyundan 86 xalla Premyer Liqanın yarış cədvəlində şərti lider mövqeyində qərarlaşıblar. 36 oyun keçirmiş “Mançester Siti” 85 xalla 2-ci pillədən “Arsenal”ı daban-daban təqib edir.

Mayın 14-də “şəhərlilər” 34-cü turdan təxirə salınmış oyun çərçivəsində səfərdə “Tottenhem”lə qarşılaşacaqlar. Mütəxəssislərin böyük əksəriyyəti bu oyunu “Mançester Siti”nin cari mövsümün çempionluğunu qazanması yolunda mümkün ən böyük əngəl hesab edirlər.

Vurğulayaq ki, Xosep Qvardiolanın yetirmələri mütləq qələbəyə oynayacaqlar.