Arteta “Atalanta” ilə “quru” oyunu şərh etdi

“Arsenal”ın baş məşqçisi, ispan mütəxəssis Mikel Arteta “topçular”ın UEFA Çempionlar Liqasının cari mövsümündəki ilk oyununu şərh edib.

Arena.az xatırladır ki, İngiltərə klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turu çərçivəsində “Atalanta” (İtaliya) səfərindən qolsuz heç-heçə ilə qayıdıb – 0:0.

“Əgər sən qələbə qazana bilmirsənsə, o zaman bir xalı alıb-götürməlisən. Biz yaxşı başladıq, amma sonra oyuna nəzarəti itirdik və çox qeyri-sabit olduq. Oyun açıq surətdə keçdi, penaltini hesaba almasaq, müdafiədə ziyan görmədik. David Rayya həyatımda gördüyüm ən yaxşı qurtarışlarından birini etdi”, – Arteta matçdan sonrakı mətbuat konfransında bildirib.

1-ci turdan sonra hərəyə 1 xal qazanmış “Atalanta” və “Arsenal” ÇL-in Liqa mərhələsinin yarış cədvəlində müvafiq olaraq 17-ci və 20-ci yerlərdə qərarlaşıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: