Arteta: “Bizim etdiyimizi çox komandalar edə bilməyiblər”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 30-cu turunun “Mançester Siti” ilə oyununu (0:0) şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, ispan mütəxəssin bu barədə fikirlərini təqdim edir:

“Qələbə qazanmasan, heç vaxt xoşbəxt olmayacaqsan. Amma düşünürəm ki, biz böyük bir addım atmışıq. Keçən il burada baş verənləri yaşadıq və bu oyuna fərqli hazırlaşdıq.

Oyunun bir çox hissələrində çox yaxşı oynadıq, digər hissələrində isə daha yaxşı çıxış edə biləcəyimizi hiss etdik. Xüsusən də topla hücumların hazırlanmasının ilkin mərhələsində oynağa davam etmək üçün soyuqqanlılıq və səbrimiz çatmayanda.

Bəzi ciddi səhvlərimizdən sonra oyunda qalib gəlmək imkanımız oldu. Bu gün etdiyimizi çox komandalar edə bilməyiblər.

Bizim üçün heç nə dəyişmir. Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, “Liverpul”un nəticəsini bilirik, amma davam edirik. Hələ oynamaq üçün bir məqam var”, deyə Arteta vurğulayıb.

Xatırladaq ki, 30-cu turun mərkəzi, “Mançester Siti” – “Arsenal” oyununda “quru” oyun (0:0) mənzərəsənidə “Baryton”u 2:1 hesabı ilə məğlub etmiş “Liverpul” Premyer Liqanın liderliyini yenidən ələ keçirib. “Qırmızılar”ın 67 xalı var, 2-ci pillədə 65 xalla “topçular” qararlaşıblar. İlk üçlüyü isə 64 xalla “şəhərlilər” qapayırlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: