“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində “Everton”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, London təmsilçisi doğma meydanda baş tutan bu oyunda rəqib qapısına yol tapa bilməyib – 0:0.
Qarşılaşmadan sonra ispan mütəxəssis komandasının oyunu barədə bunları söyləyib:
“Qələbə qazanmamağımız çox məyusedicidir. Biz üç xala tam layiq idik. Öz qapımıza zərbələrə imkan vermədik, üstün olduq, amma yaratdığımız aşkar qol imkanlarını gerçəkləşdirə bilmədik. Çox məyusedici nəticədir, deyə Arteta vurğulayıb.
16 oyundan 30 xalla “Arsenal” Premyer Liqanın yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. “Everton” isə 15 oyundan 15 xalla 15-ci pillədədir. Premyer Liqaya 15 oyundan 36 xalla “Liverpul” başçılıq edir.


