“Arsenal”ın baş məşqçisi Mikel Arteta 2023/2024-cü illər mövsümündə “Arsenal”la İngiltərə Premyer Liqasında tutduğu 2-ci yeri şərh edib.
Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mən çox qürur duyuram. Əvvəla, “Mançester Siti”ni çempionluq münasibəti ilə təbrik edirəm – dekabrdan bəri inanılmaz işlər gördülər. Əlimizdən gələni etməyə çalışdıq. Görürsünüz ki, biz bunu nə qədər istəyirdik, çox çalışdıq. Təəssüf ki, bunun kifayət etmədiyi ortaya çıxdı.
Müvəffəqiyyət yalnız başqası ilə müqayisədə ölçülə bilməz – biz nə etdiyimizi başa düşməliyik. Qələbələrdən başqa bütün klub rekordlarını qırdıq. Bu, indiyə qədər tarixdəki ən rəqabətli liqadır və biz ən yaxşı olmalıyıq. İndi biz daha da təkmilləşməyin yollarını tapmalıyıq.
“Arsenal”a gələndə arzum hamını birləşdirmək və bu klubu həqiqətən yeni səviyyəyə qaldırmaq idi. Biz indi bu yoldayıq. Kədərliyəm, çünki qəniməti qazanmağı çox istəyirdim, çünki bu, azarkeşlər üçün çox vacib olardı, amma biz çempionluğa daha yaxınıq.
İndi biz daha cəsarətli, daha qətiyyətli, daha iddialı olmalıyıq, yeni səviyyəyə çatmalıyıq. Biz uğur qazanmalıyıq”, deyə Arteta vurğulayıb.
Xatırladaq ki, “Arsenal” “Mançester Siti”dən cəmi 2 xal geri qalıb və “şəhərlilər” ardıcıl 4-cü dəfə İngiltərə Premyer Liqasını qazanmaqla, tarixi rekorda imza atıblar.


