Arteta oyunçuların sayıqlığını yoxlamaq üçün cibgirləri işə qoşdu

“Arsenal”ın baş məşqçisi Mikel Arteta məşqçilik fəaliyyətində qeyri-adi təcrübənin tətbiqi ilə gündəmə gəlib.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis çalışdırdığı “topçular”a hər zaman ayıq-sayıqlığın vacibliyini göstərmək məqsədində olub.

Bu məqsədlə Arteta günlərin bir günü komandanın şam yeməyinə, daha əvvəl işə götürdüyü peşəkar cibgirlərdən ibarət dəstə cəlb edib.

Fikir ondan ibarət olub ki, onlar klub işçilərinin ciblərindən şəxsi əşyalarını, xüsusən də telefon və pul kisələrini çıxaracaqlar. Şamın sonunda Mikel Arteta “topçular”dan “ciblər baxışa” xahişini edib. Nəticədə oyunçuların çoxu qiymətli əşyalarının oğurlandığını aşkar ediblər.

Mikel Arteta məqsədini izah edib və komandasına istənilən şəraitdə diqqətli və ayıq-sayıq olmağın vacibliyini bir daha vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: