Arteta “Şeffild Yunayted” üzərində darmadağını şərh etdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın Premyer Liqanın 27-ci tur “Şeffild Yunayted”lə səfər oyununda qələbəsini (6:0) şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, ispaniyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Komandanın oyunu xoşuma gəldi. Həm topla, həm də topsuz aqressiv idik, qol buraxmamağı da bacardıq. Biz gördüyümüz işi davam etdirməliyik. Tomas Parti və Fabiu Vieyranı yenidən hərəkətə keçirməyimə şadam. İndi bizim üçün əsas məsələ bu nəbzi qorumaqdır”, deyə Arteta vurğulayıb.

Qələbə sayəsində “Arsenal” Premyer Liqa çempionluğuna iddiaçı üçlükdə yerini qoruyub. “Topçular” 61 xalla yarış cədvəlinin 3-cü pilləsində yer alıblar. Xosep Qvardiolanın “Mançester Siti”si “Arsenal”dan 1 xal, Yurgen Klopun “Liverpul”u isə 2 xal öndədir. “Şeffild Yunayted” isə 13 xalla yarış cədvəlində ən sonuncu, 20-ci pilləsində can verir.

“Topçular”ın top fərqi 68:23 nisbətindədir və bu, “Arsenal”ın Premyer Liqanın cari mövsümündə ən çox qol vurmuş və ən az qol buraxmış komandası olması deməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: