“Atletiko” əvvəlki loqosunu bərpa edir – Azarkeşlər belə istədi

Madrid “Atletiko”sunun azarkeşləri İspaniya klubunun embleminin dəyişdirilməsi məsələsinə səs veriblər.

Arena.az bu barədə Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Xatırladaq ki, “Atletiko” emblemini 2017-ci ildə dəyişib. O vaxtdan bəri bir çox azarkeş köhnə emblemin qaytarılması istəyindədir.

Səsvermədə klubun 77690 üzvü iştirak edib ki, bu da ümumi klub üzvlərin 56 %-ni təşkil edir. Səsvermə iştirakçılarının 89 %-i köhnə emblemin lehinə səs veriblər.

Dəyişdirilmiş loqotip 2024-cü ildə formalarda, stadionda, sosial mediada və mətbuatda əksini tapacaq.

Emblemin dəyişdirilməsi prosesinin genişmiqyaslı və bahalı olduğu xüsusilə vurğulanır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: