“Atletiko” – ÇL-də 3 penaltilər silsiləsində qalib gəlmiş ilk klub

Çempionlar Liqasının 1/8 finalının “İnter”lə cavab oyunun penaltilər silsiləsində qələbə Madrid “Atletiko”su üçün ikiqat əlamətdar olub.

Arena.az məlumat verir ki, İspaniya təmsilçisi həm yarışın növbəti mərhələsinə vəsiqə qazanıb, həm də Çempionlar Liqasında rekord müəyyənləşdirib.

Belə ki, “döşəkçilər” Çempionlar Liqasında oyunsonrası penaltilər silsiləsində 3 qələbə qazanmış ilk komanda olaraq tarixə düşüblər.
Hər üç oyunun penaltilər silsiləsində “Atletiko”nun sloven qapıçısı Yan Oblak iştirak edib.

“Atletiko” 2014/2015 mövsümündə Leverkuzen “Bayer”ini, 2015/2016 mövsümündə isə “PSV Eyndhoven”i penaltilər silsiləsində məğlub edib. Amma elə həmin 2015/2016 mövsümündə “döşəkçilər” Çempionlar Liqasının finalında 11 metrlik zərbələr silsiləsində “Real”a məğlub olaraq qəniməti əldən veriblər.

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin “İnter” ilə Milanda keçirilmiş ilk oyununda “Atletiko” 0:1 hesabı ilə məğlub olmuşdu. Madriddəki cavab oyununda isə “döşəkçilər” 2:1 hesablı qələbənin ardınca penaltilər silsiləsində 3:2 hesabı ilə qalib gələrək qitənin ən mötəbər klub yarışının 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: