Avroliqa: Liqa mərhələsinə 9 oyunla start verildi

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2025-cı illər mövsümünün Liqa mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə Zaqreb “Dinamo”sunun (Xorvatiya) qonağı olub. İstanbul klubu əsas mərhələyə məğlubiyyətlə başlayıb.

İspaniyanın “Betis” kollektivi isə evdə “Nottingem Forest”lə (İngiltərə) üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

“Roma” (İtaliya) da Fransada “Nitsa”nın qonağı olub. Üç qolluq görüş “canavarlar”ın səfər qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, Avroliqanın Liqa mərhələsinin ilk turunun qalan oyunları sabah – sentyabrın 25-də keçiriləcək.

Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur
24 sentyabr

PAOK (Yunanıstan) – Makkabi (Təl-Əviv, İsrail) 0:0

Midtyulland (Danimarka) – Şturm Qras (Avstriya) 2:0
Qollar: Kristensen, 7-öz qapısına. Diao, 89.

Dinamo (Zaqreb, Xorvatiya) – Fənərbağça (Türkiyə) 3:1
Qollar: Belyo, 21; 51. Bakrar, 90+5 – Şimanski, 25.

Betis (İspaniya) – Nottingem Forest (İngiltərə) 2:2
Qollar: Bakambu, 15. Antoni, 85 – İ.Jezus, 18; 23.

Braqa (Portuqaliya) – Feyenoord (Niderland) 1:0
Qol: F.Navarro, 79.

Srvena Zvezda (Serbiya) – Seltik (Şotlandiya) 1:1
Qollar: Arnautoviç, 65 – İheanaço, 56.

Frayburq (Almaniya) – Bazel (İsveçrə) 2:1
Qollar: Osterhaqe, 31. Eggeştayn, 57 – Otele, 84.

Nitsa (Fransa) – Roma (İtaliya) 1:2
Qollar: Moffi, 77-pen – Ndika, 52. Mançini, 55.

Malmö (İsveç) – Ludoqorets (Bolqarıstan) 1:2
Qollar: L.Yonsen, 78 – Staniç, 8-pen. Bile, 23.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: