Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatı başa çatmaq üzrədir. Arena.az xəbər verir ki, artıq turnirin yarımfinal mərhələsinin döyüşləri də geridə qalıb.
Finala vəsiqə uğrunda Azərbaycan millisinin iki üzvü də mübarizə aparıb.
Boksçularımızdan Nicat Hüseynov (51 kq) üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb.
Digər təmsilçimiz Kamil Babayev (54 kq) də yarımfinalda büdrəyib və gürcüstanlı Giorgi Sajaya həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Nəticədə hər iki boksçumuz Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, final görüşləri oktyabrın 23-də keçiriləcək.


