Avropa çempionatı: Millimiz Moldovaya uduzdu, İngiltərəyə…

Monteneqronun Budva şəhərində təşkil olunmuş şahmat üzrə komandalar arasında Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, mötəbər yarışda iştirak edən Azərbaycanın yığma komandaları bu gün növbəti görüşlərini keçiriblər.

Kişilərdən ibarət yığmamız 7-ci tur çərçivəsində Moldova ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib. Qadınlardan ibarət millimiz isə İngiltərə yığmasına qalib gəlib.

Azərbaycan – Moldova 1:3
Teymur Rəcəbov – İvan Skito 0,5:0,5
Şəhriyar Məmmədyarov – Andrey Makovey 0,5:0,5
Rauf Məmmədov – Viktor Boloqan 0:1
Vasif Durarbəyli – Viorel İordekesku 0:1

7 turdan sonra Azərbaycan millisi 6 xalla 25-ci pillədə qərarlaşıb. Millimiz əvvəlki turlarda Danimarka (1,5:2,5), Slovakiya (2,5:1,5), İsveç (3,5:0,5), Xorvatiya (1,5:2,5), Monteneqro (3:1) və Yunanıstanla (1,5:2,5) qarşılaşıb.

İngiltərə – Azərbaycan 1:3
Yovanka Hyuska – Günay Məmmədzadə 0:1
Lan Yao – Ülviyyə Fətəliyeva 0,5:0,5
Herriet Hant – Gövhər Beydullayeva 0,5:0,5
Katarjina Doma – Xanım Balacayeva 0:1

7 turdan sonra Azərbaycan millisi 11 xala malikdir. Yığmamız əvvəlki turlarda Sloveniya (2,5:1,5), Niderland (2,5:1,5), Polşa (3:1), Fransa (2:2), Almaniya (2,5:1,5) və Bolqarıstanla (1,5:2,5) qarşılaşıb.

9 turdan ibarət olacaq şahmat üzrə Avropa çempionatı noyabrın 21-də başa çatacaq.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abbasov, Rauf Məmmədov və Vasif Durarbəyli yer alıblar. Qədir Hüseynov qitə çempionatına kapitan qismində yollanıb.

Qadın şahmatçılardan ibarət milliyə isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova daxildirlər. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevskidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: