Avropa çempionatı: Millimiz Yunanıstan və Bolqarıstana uduzdu

Monteneqronun Budva şəhərində təşkil olunmuş şahmat üzrə komandalar arasında Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, mötəbər yarışda iştirak edən Azərbaycanın yığma komandaları bu gün növbəti görüşlərini keçiriblər.

Kişilərdən ibarət yığmamız 6-cı tur çərçivəsində Yunanıstana, qadınlardan ibarət millimiz Bolqrıstan yığmasına məğlub edib.

Yunanıstan – Azərbaycan 2,5:1,5
Nikolas Teodoru – Teymur Rəcəbov 1:0
Dmitrios Mastrovasilis – Şəhriyar Məmmədyarov 0,5:0,5
İoannis Papaioannu – Nicat Abbasov 0,5:0,5
Stamatis Kourkoulos – Vasif Durarbəyli 0,5:0,5

6 turdan sonra Azərbaycan millisi 6 xalla 17-ci pillədə qərarlaşıb. Millimiz əvvəlki turlarda Danimarka (1,5:2,5), Slovakiya (2,5:1,5), İsveç (3,5:0,5), Xorvatiya (1,5:2,5) və Monteneqro (3:1) ilə qarşılaşıb.

Bolqarıstan – Azərbaycan 2,5:1,5
Antonaeta Stefanova – Günay Məmmədzadə 0,5:0,5
Nürgul Səlimova – Ülviyyə Fətəliyeva 1:0
Viktoriya Radeva – Xanım Balacayeva 0,5:0,5
Gerqana Peyçeva – Gülnar Məmmədova 0,5:0,5

6 turdan sonra Azərbaycan millisi 9 xala malikdir. Yığmamız əvvəlki turlarda Sloveniya (2,5:1,5), Niderland (2,5:1,5), Polşa (3:1), Fransa (2:2) və Almaniya (2,5:1,5) ilə qarşılaşıb.

9 turdan ibarət olacaq şahmat üzrə Avropa çempionatı noyabrın 21-də başa çatacaq.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abbasov, Rauf Məmmədov və Vasif Durarbəyli yer alıblar. Qədir Hüseynov qitə çempionatına kapitan qismində yollanıb.

Qadın şahmatçılardan ibarət milliyə isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova daxildirlər. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevskidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: