Avropa Konfrans Liqasında püşk atıldı – Mahir Emreli üçün “Betis”

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında da 2023/2024 mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasiminə Bakı vaxtı ilə saat 17:00-da start verilib.

Avropa Liqasında olduğu kimi, Konfrans Liqasında da qrup mərhələsini birinci pillədə başa vuran komandalar pley-offun püşkatmasına qatılmayıblar. Onlar pley-offun qalibləri ilə üz-üzə gələcəklər ki, bu mərhələnin püşkü gələn il atılacaq:

Qrup qalibləri
Lill (Fransa), Makkabi (Təl-Əviv, İsrail), Viktoriya (Plzen, Çexiya), Brügge (Belçika), Aston Villa (İngiltərə), Fiorentina (İtaliya), PAOK (Yunanıstan), Fənərbaxça (Türkiyə).

Konfrans Liqasında qrup mərhələsində 2-ci yeri tutan komandalar isə Avropa Liqasında qrup üçüncüsü olmuş komandalara rəqib olublar. Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası da İspaniya “Betis”inə rəqib olub.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi

Şturm Qraz (Avstriya) – Slovan (Bratislava, Slovakiya)
Servett (İsveçrə) – Ludoqorets (Bolqarıstan)
Yunion (Belçika) – Ayntraxt (Frankfurt, Almaniya)
Betis (İspaniya) – Dinamo (Zaqreb, Xorvatiya)
Olimpiakos (Yunanıstan) – Ferentsvaroş (Macarıstan)
Ayaks (Niderland) – Bodo Qlimt (Norveç)
Molde (Norveç) – Legiya (Varşava, Polşa)
Makkabi (Hayfa) – Gent (Belçika)

Qeyd edək ki, Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları 2024-cü il fevralın 15-də, cavab görüşləri isə ayın 22-də keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: