Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Arena.az xəbər verir ki, pley-off mərhələsinin cavab oyunlarından sonra qrupda oynayacaq daha 22 komanda müəyyənləşib.
Artıq qrup mərhələsində mübarizə aparacaq komandalar səbətlərə də bölünüblər. Avropa Konfrans Liqasında qrup mərhələsinin bütün iştirakçılarının siyahısını və onların səbətlərini təqdim edirik.
Qeyd edək ki, qrup mərhələsinin püşkü bu gün atılacaq. Püşkatma mərasiminə Bakı vaxtı ilə saat 16:30-da start veriləcək.
1-ci səbət
Vilyarreal (İspaniya)
Bazel (İsveçrə)
Slaviya (Praqa, Çexiya)
Alkmaar (Niderland)
Gent (Belçika)
Başakşəhər (Türkiyə)
Partizan (Serbiya)
Vest Hem (İngiltərə)
2-ci səbət
ÇFR Kluj (Rumıniya)
Molde (Norveç)
Styaua (Rumıniya)
Fiorentina (İtaliya)
Köln (Almaniya)
Hapoel (Beer Şeva, İsrail)
Apollon (Kipr)
Slovan (Bratislava, Slovakiya)
3-cü səbət
Nitsa (Fransa)
Anderlext (Belçika)
Jalgiris (Litva)
Austriya (Vyana, Avstriya)
Harts (Şotlandiya)
Şemrok Rovers (İrlandiya)
Sivasspor (Türkiyə)
Vaduts (Lixtenşteyn)
4-cü səbət
Dnepr-1 (Ukrayna)
Lex (Polşa)
Slovaçko (Çexiya)
Silkeborq (Danimarka)
Yurqarden (İsveç)
Pünik (Ermənistan)
RFS (Latviya)
Ballkani (Kosovo)


