Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün pley-off (1/16 final) mərhələsinin ilk oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni günə təsadüf edəcək.
Türkiyə klublarından “Qalatasaray” səfərdə “Alkmaar”ın (Niderland) qonağı olacaq. “Fənərbağça” isə evdə “Anderlext”i (Belçika) qəbul edəcək.
İtaliyanın “Roma” komandası Portuqaliyada “Portu” ilə üz-üzə gələcək. İspaniya təmsilçisi “Real Sosyedad” da Danimarkada “Midtyulland”ın qonağı olacaq.
Xatırladaq ki, Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 20-də keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsinin ilk oyunları
13 fevral
21:45. “Ferentsvaroş” (Macarıstan) – “Viktoriya” (Plzen, Çexiya)
21:45. “Yunion” (Belçika) – “Ayaks” (Niderland)
21:45. “Midtyulland” (Danimarka) – “Real Sosyedad” (İspaniya)
21:45. “Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika)
00:00. “Portu” (Portuqaliya) – “Roma” (İtaliya)
00:00. “Tvente” (Niderland) – “Bodo Qlimt” (Norveç)
00:00. “Alkmaar” (Niderland) – “Qalatasaray” (Türkiyə)
00:00. PAOK (Yunanıstan) – “Styaua” (Rumıniya)


