Avropa Liqasında 1/4 final cütləri

Futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu, ötən gecə keçirilmiş 1/8 final mərhələsinin cavab görüşlərindən sonra bəlli olub.

Turnirin favoritlərindən sayılan İngiltərənin “Mançester Yunayted” komandası yarımfinala vəsiqə uğrunda Fransa təmsilçisi “Olimpik”lə (Lion) qarşılaşacaq.

İngiltərənin digər təmsilçisi “Tottenhem” isə Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.

İtaliyanın yeganə təmsilçisi “Latsio” turnirin sürprizi sayılan “Bodo Qlimt”lə (Norveç) üz-üzə gələcək.

Daha bir qarşılaşma 1/8 finalda Türkiyənin “Fənərbağça” klubunu mübarizədən kənarlaşdırmış “Reyncers”lə (Şotlandiya) İspaniyanın “Atletik” kollektivi arasında baş tutacaq.

Qeyd edək ki, Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları aprelin 10-da keçiriləcək. Cavab qarşılaşmaları isə ayın 17-də baş tutacaq.

Avropa Liqası
1/4 final mərhələsi
10 və 17 aprel

“Bodo Qlimt” (Norveç) – “Latsio” (İtaliya)
“Tottenhem” (İngiltərə) – “Ayntraxt” (Almaniya)
“Reyncers” (Şotlandiya) – “Atletik” (Bilbao, İspaniya)
“Olimpik” (Lion, Fransa) – “Mançester Yunayted” (İngiltərə)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: