Avropa Liqasında 3-cü raunda yekun vuruldu

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün 3-cü təsnifat mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, yeddi qarşılaşmanın hamısı sonuncu oyun gününə təsadüf edib.

Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə növbəti matçına çıxıb. Ağdam klubu doğma meydanda 2:1 hesabıyla qalib gəldiyi Finlandiyanın HJK komandası ilə bu dəfə səfərdə üz-üzə gəlib. Yenə oxşar hesabla qələbə qazanan “Qarabağ” növbəti mərhələyə yüksəlib. Ağdam təmsilçisini bu mərhələdə Sloveniya “Olimpiya”sı ilə görüşlər gözləyir.

“Qarabağ”dan başqa, “Haken”, “Zrinski”, “Şerif”, “Slaviya” (Praqa), “Olimpiakos” (Yunanıstan) və “Ludoqorets” də pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də baş tutacaq. Azərbaycan çempionu “Qarabağ”ın “Olimpiya” ilə ilk oyunu səfərdə, cavab qarşılaşması Bakıda baş tutacaq.

Avropa Liqası
3-cü təsnifat mərhələsi
17 avqust

HJK (Finlandiya) – “Qarabağ” (Azərbaycan) 1:2 (ilk oyun 1:2)

“Haken” (İsveç) – “Jalgiris” (Litva) 5:0 (3:1)

“Breydablik” (İslandiya) – “Zrinski” (Bosniya və Herseqovina) 1:0 (2:6)

BATE (Belarus) – “Şerif” (Moldova) 2:2 (1:5)

“Dnepr-1” (Ukrayna) – “Slaviya” (Praqa, Çexiya) 1:1 (0:3)

“Genk” (Belçika) – “Olimpiakos” (Yunanıstan) 1:1 (0:1)

“Ludoqorets” (Bolqarıstan) – “Astana” (Qazaxıstan) 5:1 (1:2)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: