Avropa Liqasında 3-cü raundun ilk oyunlarına yekun vurulur

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 6 qarşılaşma baş tutacaq.

UEFA Çempionlar Liqasında mübarizəni dayandıran və Avroliqada yarışmaq məcburiyyətində qalan Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə ilk matçına çıxacaq. Ağdam klubu doğma meydanda Finlandiyanın HJK komandası ilə üz-üzə gələcək.

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşləri isə 17 avqustda baş tutacaq.

Avropa Liqası
3-cü təsnifat mərhələsi
8 avqust

“Astana” (Qazaxıstan) – “Ludoqorets” (Bolqarıstan) 2:1

10 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – HJK (Finlandiya)
20:00. “Jalgiris” (Litva) – “Haken” (İsveç)
21:00. “Şerif” (Moldova) – BATE (Belarus)
21:00. “Slaviya” (Praqa, Çexiya) – “Dnepr-1” (Ukrayna)
23:00. “Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika)
23:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Breydablik” (İslandiya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: