Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli turnirində növbəti mərhələyə vəsiqə uğrunda 20 komanda mübarizə aparır.
Onlardan biri də Azərbaycan çempionu “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri pley-offda Sloveniya “Olimpiya”sı ilə mübarizə aparır. Lyublyana təmsilçisi ilə ilk oyun səfərdə baş tutub və təmsilçimizin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Cavab görüşündə Avroliqanın qrupuna vəsiqəni təmin etmək üçün “Qarabağ”a heç-heçə də bəs edəcək.
Azərbaycanlı futbolçu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su da bu gün Avroliqada növbəti matçına çıxacaq. Xorvatiya çempionu ilk oyunda 3 qol vurduğu Praqa “Sparta”sı ilə bu dəfə səfərdə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin püşkü sabah – sentyabrın 1-də atılacaq.
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunları
31 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Olimpiya” (Sloveniya) (ilk oyun 2:0)
21:00. “Aris” (Limasol, Kipr) – “Slovan” (Slovakiya) (1:2)
21:00. “Zarya” (Ukrayna) – “Slaviya” (Praqa, Çexiya) (0:2)
21:00. “Şerif” (Moldova) – “Klaksvik” (Farer adaları) (1:1)
21:00. “Sparta” (Praqa, Çexiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) (1:3)
22:00. “Ayaks” (Niderland) – “Ludoqorets” (Bolqarıstan) (4:1)
22:00. “Çukariçki” (Serbiya) – “Olimpiakos” (Yunanıstan) (1:3)
22:30. “Luqano” (İsveçrə) – “Yunion” (Belçika) (0:2)
22:45. “Aberdin” (Şotlandiya) – “Haken” (İsveç) (2:2)
23:00. “Zrinski” (Bosniya və Herseqovina) – LASK (Avstriya) (1:2)


