Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin ilk oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli turnirində növbəti mərhələyə vəsiqə uğrunda 20 komanda mübarizə aparacaq.
Onlardan biri də Azərbaycan çempionu “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələrini pley-offda Sloveniya “Olimpiya”sı ilə görüşlər gözləyir. Lyublyana təmsilçisi ilə ilk oyun səfərdə baş tutacaq.
Azərbaycanlı futbolçu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su da bu gün Avroliqada ilk matçına çıxacaq. ÇL-də mübarizəni dayandıran Xorvatiya çempionu Praqa “Sparta”sını qəbul edəcək.
Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları avqustun 31-də baş tutacaq.
Avropa Liqası
Pley-off mərhələsi
17 avqust
21:00. “Haken” (İsveç) – “Aberdin” (Şotlandiya)
21:00. “Slaviya” (Praqa, Çexiya) – “Zarya” (Ukrayna)
22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Sparta” (Praqa, Çexiya)
22:00. “Ludoqorets” (Bolqarıstan) – “Ayaks” (Niderland)
22:00. “Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan)
22:30. “Yunion” (Belçika) – “Luqano” (İsveçrə)
22:30. “Slovan” (Slovakiya) – “Aris” (Limasol, Kipr)
22:45. “Klaksvik” (Farer adaları) – “Şerif” (Moldova)
23:00. LASK (Avstriya) – “Zrinski” (Bosniya və Herseqovina)
23:00. “Olimpiakos” (Yunanıstan) – “Çukariçki” (Serbiya)


