Avropa Liqasında pley-offa yekun vuruldu: “Fənərbaxça” qrupda!

Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, cavab qarşılaşmalarının ardından qrup mərhələsinə vəsiqə qazanan sonuncu 10 komandanın adına aydınlıq gəlib.

Türkiyənin turnirdəki təmsilçilərindən “Fənərbaxça” Avstriyanın “Austriya” (Vyana) komandasını, “Sivasspor” isə İsveç “Malmö”sünü qəbul edib. İstanbul klubu ilk matçda 2:0 hesablı qələbə qazanmışdısa, sivaslılar rəqibinə uduzmuşdu – 1:3. Elə cavab oyunlarında da “Fənərbaxça” qələbəyə sevindiyi halda, Sivas klubu məğlubiyyətlə üzləşib və Avroliqa ilə vidalaşıb.

“Qarabağ”ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı İsveçrə “Sürix”i Şotlandiyada “Harts”ın, Macarıstasn “Ferentsvaroş”u isə İrlandiyada “Şemrok Rovers”in qonağı olub. Cavab görüşlərində sərfəli nəticə qazanan Sürix və Budapeşt təmsilçiləri Avroliqanın qrup mərhələsinə vəsiqə əldə ediblər.

Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni pley-offda dayandıran Azərbaycan çempionu “Qarabağ” da mübarizəni Avropa Liqasında davam etdirəcək.

Avropa Liqası
Pley-offun cavab oyunları

25 avqust

AEK (Larnaka, Kipr) – Dnepr-1 (Ukrayna) 3:0
İlk oyun – 2:1

Jalgiris (Litva) – Ludoqorets (Bolqarıstan) 3:3
İlk oyun – 0:1

Silkeborq (Danimarka) – HJK (Finlandiya) 1:1
İlk oyun – 0:1

Fənərbaxça (Türkiyə) – Austriya (Vyana, Avstriya) 4:1
İlk oyun – 2:0

Omoniya (Kipr) – Gent (Belçika) 2:0
İlk oyun – 2:0

Şerif (Moldova) – Pünik (Ermənistan) 0:0 (penaltilər 3:2)
İlk oyun – 0:0

Sivasspor (Türkiyə) – Malmö (İsveç) 0:2
İlk oyun – 1:3

Harts (Şotlandiya) – Sürix (İsveçrə) 0:1
İlk oyun – 1:2

Olimpiakos (Yunanıstan) – Apollon (Kipr) 1:1 (penaltilər 3:1)
İlk oyun – 1:1

Şemrok Rovers (İrlandiya) – Ferentsvaroş (Macarıstan) 1:0
İlk oyun – 0:4

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: