Avropa Liqasında qrup mərhələsinin 2-ci tur həyəcanı

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ” da qrup mərhələsindəki ikinci matçını bu gün keçirəcək. Ağdam təmsilçisi səfərdə İsveçin “Hakken” komandasının qonağı olacaq.

Təmsilçimizin yer aldığı H qrupunun digər oyunu da bu gün baş tutacaq. Belə ki, “Bayer” (Almaniya) “Molde”nin (Norveç) qonağı olacaq.

Avropa Liqasında qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək bütün oyunların siyahısını təqdim edirik:

Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
5 oktyabr

A qrupu
20:45. “Baçka Topola” (Serbiya) – “Olimpiakos” (Yunanıstan)
20:45. “Frayburq” (Almaniya) – “Vest Hem” (İngiltərə)

B qrupu
20:45. AEK (Afina, Yunanıstan) – “Ayaks” (Niderland)
20:45. “Olimpik” (Marsel, Fransa) – “Brayton” (İngiltərə)

C qrupu
20:45. “Aris” (Limasol, Kipr) – “Reyncers” (Şotlandiya)
20:45. “Betis” (İspaniya) – “Sparta” (Praqa, Çexiya)

D qrupu
23:00. “Sportinq” (Portuqaliya) – “Atalanta” (İtaliya)
23:00. “Rakuv” (Polşa) – “Şturm” (Avstriya)

E qrupu
23:00. “Tuluza” (Fransa) – LASK (Avstriya)
23:00. “Liverpul” (İngiltərə) – “Yunion” (Belçika)

F qrupu
23:00. Makkabi (Hayfa, İsrail) – “Panatinaikos” (Yunanıstan)
23:00. “Vilyarreal” (İspaniya) – “Renn” (Fransa)

G qrupu
23:00. “Slaviya” (Praqa, Çexiya) – “Şerif” (Moldova)
23:00. “Roma” (İtaliya) – “Servett” (İsveçrə)

H qrupu
23:00. “Molde” (Norveç) – “Bayer” (Almaniya)
23:00. “Hakken” (İsveç) – “Qarabağ” (Azərbaycan)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: