Polşanın ev sahibliyi edəcəyi sayca üçüncü Avropa Oyunlarında şahmat yarışı da baş tutacaq. Arena.az xəbər verir ki, bu barədə Avropa Şahmat İttifaqının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, şahmat turniri 2023-cü ildə, iyunun 19-da keçiriləcək. Qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaqlar. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqə əsasən seçiləcək. Azərbaycanla yanaşı daha 7 ölkə yarışda iştirakçı aparmaq hüququ qazanacaq.
Reqlamentə görə, komandalar dairəvi sistemlə mübarizə aparacaqlar. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaqlar.


