Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi millimiz qrup mərhələsinin 4-cü turu çərçivəsində Monteneqro ilə qarşılaşacaq.
Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq görüşün start fiti saat 16:00-da səslənəcək. Matçı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Görüşdə ədalət təmsilçisi Anastasiya Romanyuk olacaq.
Xatırladaq ki, Azərbaycan millisi ilk üç turdan sonra 7 xalla qrupa liderlik edir. Qrupun digər oyununda bu gün Kipr Farer adalarının qonağı olacaq.
Komandamız əvvəlki oyunlarınd Monteneqroya səfərdə 1:0, Farer adalarına 2:1 hesabıyla qalib gəlib. Kiprlə ev oyununda isə 1:1 hesablı heç-heçə qeydə alınıb.
UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
31 oktyabr
Azərbaycan – Monteneqro
Baş hakim: Anastasiya Romanyuk (Ukrayna)
Baş hakimin köməkçiləri: Aleksandra Vdovina, İrina Petrova (Ukrayna)
Dördüncü hakim: Kristina Kozoro (Ukrayna).
Bakı. “Dalğa Arena”. Saat 16:00.
Xal: Azərbaycan – 7. Monteneqro – 6. Kipr – 4. Farer adaları – 0.


