Azərbaycan millisinin Estoniya ilə oyunu “Le Kok Arena”da!

Futbol üzrə Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu il oktyabrın 13-də keçiriləcək Estoniya – Azərbaycan oyunu Tallin şəhərindəki “Le Kok Arena”da təşkil olunacaq.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan millisinin yer aldığı F qrupunda Avstriya, Belçika və İsveç də var. Yığmamız 3 oyuna cəmi 1 xalla sonuncu – 5-cidir. Estoniya da 1 xal toplamasına baxmayaraq, 4-cü sırada qərarlaşıb. Lider Avstriyanın 10, Belçikanın 7, İsveçin 3 xalı var.

Canni De Byazinin çalışdırdığı komandamız indiyə qədər keçirdiyi oyunlarda Avstriyaya 1:4, İsveçə 0:5 hesablarıyla uduzub, Estoniya ilə Bakıda heç-heçəyə razılaşıb – 1:1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: