Qadın futbolçulardan ibarət Azərbaycan milllisinin UEFA Millətlər Liqasında Kipr və Farer adaları ilə oyunlarına təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Dekabrın 1-də “Limassol” stadionda keçiriləcək Kipr – Azərbaycan oyununu Belçikadan olan hakimlər idarə edəcəklər.
Dekabrın 5-da “Dalğa Arena”da təşkil olunacaq Azərbaycan – Farer adaları qarşılaşması isə İsveçdən olan hakimlər briqadasına həvalə olunub.
Xatırladaq ki, Azərbaycan millisinin yer aldığı 3-cü qrupda Kipr və Farer adalarından başqa Monteneqro da var. Komandamız hazırda bu qrupda 10 xalla vahid liderdir. Kiprin 7, Monteneqronun 6 xalı varsa, Farer adaları bütün oyunlarında uduzduğu üçün xalsızdır.
UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
Kipr – Azərbaycan
Baş hakim: Karoline Lanssens (Belçika).
Baş hakimin köməkçiləri: İrmqard Van Meirvenne, Marqot Yakobs (Belçika).
Dördüncü hakim: Jana Van Laere (Belçika).
1 deyabr. Limassol. Limassol stadion. Saat 21:00
Azərbaycan – Farer adaları
Baş hakim: Lovisa Yohansson (İsveç).
Baş hakimin köməkçiləri: Kamilla Stendal, Yilan Taher (İsveç).
Dördüncü hakim: Maral Mirzai Beni (İsveç).
5 dekabr. “Dalğa Arena”. Saat 19:00.


