“Barselona” 40 milyon avro itirdi

Kataloniya nəhəngi “Barselona” “Barça Vision” səhmlərinin bir hissəsinin satışından 40 milyon avro itirib.

Arena.az bu barədə “Relevo” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 2022-ci ilin avqustunda “Barça Vision”un 29,5%-ni satın almış “Libero Football Finance”, bu ilin son rübündə ödəməli olduğu 40 milyon avronu Kataloniya klubuna ödəməyəcək.

Buna görə də “Barselona” gəlirlərini artırmaq üçün indi fəal şəkildə yeni sərmayəçilər axtarır. Eyni zamanda, klub qış transfer pəncərəsi zamanı oyunçuların satışından da qazanc əldə edə bilər. Komanda rəhbərliyi hər bir futbolçu üçün təklifi nəzərdən keçirməyə hazırdır.

Hazırda “Barsa” La Liqanın turnir cədvəlində 18 turdan sonra 38 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: