“Barselona” Çempionlar Liqasından kənarlaşdırılır?

Kataloniya nəhəngi “Barselona” Avropa Futbol Assosiasiyasının maliyyə qaydalarını pozduğuna görə Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Arena.az bu barədə “Die Welt” dərgisinə istinadən məlumat verir.

Mümkün sanksiyalara səbəb UEFA-nın maliyyə reqlamentinin pozulmasıdır, buna görə klublar xərclərini müvafiq gəlirlə təzmin etməlidirlər. Hər dəfə son 3 illik dövr qiymətləndirilir.

Böyük borcu olan klubun son illik hesabatında həmçinin gələcək televiziya və marketinq hüquqlarının satışından, məsələn, digər idman növlərindən əldə edilmiş yüz milyonlarla avro gəlirin də sənədləşdirildiyi bildirilir. Amma bunlar UEFA-nın qiymətləndirməsinə təsir göstərmirlər. Pərdə arxasında assosiasiya klubun balansının “qara gündə” olduğunu bildirib.

Yayda UEFA “Barselona”nı 500 min avro məbləğində cəriməyə artıq məhkum etmişdi. Bundan sonra assosiasiyanın maliyyə nəzarəti orqanı belə nəticəyə gəlib ki, klub müvafiq gəliri əks etdirməyən qeyri-maddi aktivlərin satışından əldə etdiyi mənfəəti səhv bəyan edib.

Hadisələrin inkişafı gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: