“Barselona” klub antirekordunu təkrarladı

İspaniya La Liqasının “Xetafe” ilə 20-ci tur səfər oyunu (1:1) Kataloniya nəhəngi “Barselona” üçün xoşagəlməz olub.

Arena.az məlumat verir ki, Kataloniya klubu antirekordunu təkrarlayıb.

“Opta Sport” dərgisinin məlumatına görə, “blauqrana” La Liqada ardıcıl 9 oyunda qol buraxır. Bununla da komanda ispan mütəxəssis Erneste Valverdenin zamanındakı – 2018-ci ildəki antirekordu təkrarlamış olub. Artıq ardıcıl 9 oyundur ki, alman mütəxəssis Hans-Diter Flikin çalışdırdığı “Barsa” La Liqa çərçivəsində keçirdiyi oyunlarda ən azı 1 qol “yeyir”.

Göründüyü kimi, növbəti oyunda qol buraxacağı halda, “blauqrana” mütləq klub antirekordunu müəyyənləşdirəcək.

20 oyunda 39 xal toplamış “Barselona” İspaniya La Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: