“Barselona” “Neqreyra işi”nə dair hələ rəsmi bildiriş almayıb

“Barselona” rəhbərliyinin kluba qarşı irəli sürülmüş rüşvət ittihamına dair məsələyə hazırlıqlı mövqedə olduğu diqqət çəkir.

Arena.az “Mundo Deportivo”ya istinadən məlumat verir ki, Kataloniya təmsilçisinin rəsmiləri İspaniya Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyranın işi üzrə kluba qarşı irəli sürülmüş rüşvət ittihamı ilə bağlı, hələlik rəsmi bildiriş almadıqlarını bildiriblər.

Mənbənin məlumatına görə, ittihamlarla bağlı vəziyyət klub rəhbərliyini təəccübləndirməyib. Kataloniya nəhəngi belə bir ehtimalın gerçəkləşəcəyinə hazır idi və bu ehtimalın həyata keçəcəyi vəziyyətə dair fəaliyyət planının üzərində çoxdan işləyir. İndiki mərhələdə klubun bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama vermək fikri yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl “Barselona”nın “Neqreyra işi” üzrə rəsmi olaraq rüşvətxorluqda ittiham edildiyi məlum olmuşdu.
Barselona İstintaq Məhkəməsinin rəhbəri Xoakin Agirre, Xose Neqreyraya sözügedən klub tərəfindən 7,5 milyon avro ödənilməsində cinayət tərkibi müəyyən edib.

Təqsiri sübuta yetirilsə, Kataloniya klubu Sequndaya yuvarlanmaq və avrokuboklardan diskvalifikasiya edilmək təhlükəsi ilə üzləşəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: