“Barselona” “Neqreyra işi”nə görə ÇL-dən atıla bilər

“Barselona”nın ittiham edildiyi “Neqreyra işi” üzrə məhkəməyə qədər Çempionlar Liqasından kənarlaşdırılması hüquqi əsaslarla mümükündür.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, “Barselona” İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Neqreyranın işi ilə bağlı rəsmən rüşvətxorluqda ittiham edilib.
Mənbənin məlumatına görə, UEFA-nın mükəmməl mövqeyi rəsmi qərar qəbul etmək üçün məhkəmənin yekun qərarını gözləmək olardı. Amma bununla belə, İspaniya hakimiyyətinin araşdırması kifayət qədər aydın olarsa və nizam-intizam müfəttişləri “Barselona”nın təqsirkar olduğunu təsdiqləsələr, o zaman məhkəmənin qərarına qədər komanda Çempionlar Liqasından kənarlaşdırıla bilər. Hazırkı vəziyyətdə bu, hüquq qaydaları çərçivəsində tamamilə mümkündür və təhqiqatın gedişatından asılıdır. Məsələnin UEFA-nın xüsusi diqqətində olduğu vurğulanır.

Öz növbəsində Kataloniya nəhəngi kluba qarşı açılan məhkəmə istintaqı ilə bağlı hələlik rəsmi bildiriş almadığını bəyan edib. Klub bu məsələ ilə əlaqədar, ictimaiyyətə hələlik açıqlama verməyəcəyini də vurğulayıb. “Barselona” rəsmiləri klubun müvafiq ittihamla üzləşə biləcəyini və buna dair xüusis fəaliyyət tədbirini öncədən işləyib hazırladıqlarını da bildiriblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: