“Barselona” oyunçularını zədələrdən mütərəqqi üsulla qoruyacaq

İspaniyanın “Barselona” klubu öz oyunçularını mümkün zədələrdən mühafizə etmək üçün mütərəqqi üsula müraciət edib.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Bu üsul özündə, mümkün zədələrin qarşısının alınmasına yönəlmiş xüsusi genetik müayinəni ehtiva edir. Bu müayinənin nəticələri əsasında “blauqrana”nın məşqçilər qərargahı oyunçuların məşq proqramını elə tənzimləyə bilər ki, futbolçuların sağlamlığına ziyanın qarşısı alınsın və ya bu, ən az göstəriciyə ensin.

Bildirilir ki, “Barselona”nın 26 yaşlı ispan hücumameylli yarımmüdafiəçisi Daniel Olmo müvafiq genetik müayinədən keçmiş ilk futbolçu olub. Kataloniya klubnun rəhbərliyi müvafiq müayinədən “blauqrana”nın digər oyunçularının da keçmələrini istəyir.

Vurğulanır ki, əvvəllər müvafiq müayinədən ancaq ABŞ Baltimor şəhərindəki laboratoriyada keçmək mümkün idi. Hazırda isə bu, İspaniyada da mümkündür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: