“Barselona” Vinisius Juniora qarşı irqçi təhqiri araşdıracaq

“Barselona” “el klasiko”da (1:2) “Real”ın braziliyalı hücumçusu Vinisiusa qarşı irqçi təhqirlərə yol verildiyi haqda rəsmi bəyanat verib.

Arena.az məlumat verir ki, Kataloniya klubu bu təhqirləri araşdırmaq niyyətində olduğunu bildirib.

“Barselona” futbol və idmanın rəqiblərə hörmət kimi dəyərlərini həmişə müdafiə edəcək və buna görə də “Real”la oyun zamanı baş vermiş hər hansı irqçi təhqir hallarını araşdıracağıq”, – klubun “X” sosial şəbəkə hesabı üzərindən yaydığı bəyanatında qeyd olunub.

Xatırladaq ki, daha əvvəl məlumat yayılmışdı ki, “el klasiko”nun sonunda əvəzləndikdən sonra Vinisius irqçi təhqirlərə məruz qalıb. Əvəz olunduqdan sonra yerli azarkeşlər Vinisiusu “meymun” adlandıraraq ona qarşı irqçi təhqirlər ünvanlayıb, nalayiq davranış nümayiş etdiriblər. Onlardan biri banana bənzəyən əşyanı oyunçuya tərəf atıb, amma bu əşyanın nə olduğu dəqiq məlum deyil.

Xatırladaq ki, Vinisus ötən mövsüm “Mestalya”da “Valensiya” ilə oyunda da irqçi təhqirlərlə üzəlşmişdi. Braziliyalı ulduz bu fəsadla mübarizə istiqamətində bütün imkanlarını səfərbər edərək, müvafiq hallara qarşı xüsusi tədbirlərə başlamış, əlaqədar futbol və hökumət qurumlarını bu işdə qüvvələrini birşdirməyə sövq etmişdi. “Vinni” bu məsələdə qəti barışmaz mövqe nümayiş etdirir və güzəştsizdir. İrqçiliyin geniş vüsət aldığı La Liqada braziliyalı futbolçu bu fəsadla yorulmadan mübarizədə geniş sosial-ictimai fəaliyyəti ilə diqqət çəkir.

Xəbəri sosial şəbəkələrdə paylaş: