“Barselona” yoldaşlıq oyununda uduzdu, 5 milyon avro qazandı

ABŞ-ın Dallas şəhərində Kataloniya nəhəngi “Barselona” ilə Meksikanın “Amerika” komandası arasında yoldaşlıq oyunu keçirilib.

Arena.az məlumat verir ki, “Kotton Boul” stadionunda keçirilmiş oyun “Amerika”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İspaniya nəhənginin qollarını vinger Lamin Yamal və hücumçu Mark Qiu vurublar. “Amerika”nın hücumçusu Xulian Kinyones dübarə fərqlənib, Enri Martin isə 1 qola imza atıb.

Xatırladaq ki, “Barsa”nın heyətində zədəli Mark-Andre ter Ştegen, İnyiqo Martines, Markos Alonso, Qavi, Pedri və Ronald Arauxo istisna olmaqla, qalab bütün oyunçular ABŞ-a yollanıblar.

“Barca Universal” dərgisinin məlumatına görə İspaniya çempionu bu yoldaşlıq oyunu sayəsində 5 milyon avro qazanc əldə edib.

Hazırda İspaniya La Liqasının 18 turundan sonra “Barselona” 38 xalla 3-cü pillədə qərarlaşıb. La Liqaya 45 xalla “Real” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: