İspaniya çempionu “Barselona”nın ispaniyalı sol cinah müdafiəçisi Alexandro Balde ən azı cari mövsümün sonuna qədər sıradan çıxıb.
Arena.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir ki, Balde ağır zədələnib və zədəsi cərrahi əməliyyata ehtiyac duyur.
Xatırladaq ki, gənc futbolçu İspaniya Kral Kubokunun 1/4 final mərhələsi çərçivəsində Bilbao “Atletik”i ilə oyunda (2:4) zədələnmişdi.
“Müayinələr göstərdi ki, birinci komandanın oyunçusu Alexandro Balde sağ bud vətərindən zədələnib. O, yaxın günlərdə Finlandiyanın Turku şəhərində klubun həkim heyətinin nəzarəti altında doktor Lasse Lempaynen tərəfindən cərrahi əməliyyat ediləcək. Əməliyyat başa çatan kimi yeni bəyanat dərc ediləcək”, – Kataloniya klubunun mətbuat xidməti xəbər verir.
Baldenin futbolda erkən yeniyetməlik dövrü “Sant Qabriel” və “Espanyol” klublarında keçib. Buradan Aleks “Barselona”ya yol tapıb və 2020-ci ildə kataloniyalıların “B” komandasında, 2021-ci ildə isə əsas komandasında debüt edib.
Baldenin “Barselona” ilə müqaviəlsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Müqavilədəki təzminat qiyməti isə 1 milyard avro məbləğindədir.
Geridə qalmış 2022/2023 mövsümdə Balde “Barselona”nın heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib.
Cari mövsümün ilk yarısında isə Balde “blauqrana”nın heyətində bütün yarışlarda 28 oyunda meydana çıxıb, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Baldenin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 79 oyun, 2 qol, 8 məhsuldar ötürmə.
Gənc futbolçunun qənimətlər muzeyində 2023/2023 mövsümündə “Barselona” ilə qazandığı İspaniya La Liqası və İspniya Super Kuboku var.
Alexandro Balde 2022-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 7 oyuna çıxıb 1 məhsuldar ötürmə verib. Bununla yanaşı, Baldenin İspaniyanın U-16, U-17, U-18, U-19, U-21 yığmalarında oyun təcrübəsi var. Balde U-17 yığmasının heyətində 2020-ci il Alqarve Beynəlxalq Turnirinin qalibi olub.
Vurğlayaq ki, Alexandro Balde müasir futbolun ən perspektoivli gənc oyunçularından hesab edilir.
İspaniya vətəndaşılığına sahib Alexandro “Aleks” Baldenin atası bisau-qvineyalı, anası isə dominikanlıdır.
“Transfermarkt” internet-portalı 20 yaşlı ispaniyalı sol cinah müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


