“Bayer”, “Liverpul” və “Roma”dan növbəti qələbə – Avropa Liqasında

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

Azərbaycan çempionu “Qarabağ” da qrup mərhələsindəki ikinci matçını bu gün keçirib. Ağdam təmsilçisi səfərdə İsveçin “Hakken” komandasının qonağı olub və minimal hesabla qalib gəlib.

Təmsilçimizin yer aldığı H qrupunun digər oyununda isə “Bayer” (Almaniya) “Molde”nin (Norveç) qonağı olub. Leverkuzen təmsilçisi də ardıcıl ikinci qələbə sayəsində liderliyini qoruyub.

Avropa Liqasında qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən bütün oyunların nəticələrini təqdim edirik:

Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
5 oktyabr

A qrupu

“Baçka Topola” (Serbiya) – “Olimpiakos” (Yunanıstan) 2:2
Qollar: Dyakovaç, 63. Pantoviç, 90 – Masuras, 16. Podense, 57.

“Frayburq” (Almaniya) – “Vest Hem” (İngiltərə) 1:2
Qollar: Sallai, 49 – Paketa, 8. Aqerd, 66.

Xal: Vest Hem – 6. Frayburq – 3. Olimpiakos – 1. Baçka Topola – 1.

B qrupu

AEK (Afina, Yunanıstan) – “Ayaks” (Niderland) 1:1
Qollar: Vida, 75 – Berqveyn, 30-pen.

“Olimpik” (Marsel, Fransa) – “Brayton” (İngiltərə) 2:2
Qollar: Mbemba, 19. Veretu, 20 – Qross, 54. J.Pedro, 88-pen.

Xal: AEK – 4. Olimpik – 2. Ayaks – 2. Brayton – 1.

C qrupu

“Aris” (Limasol, Kipr) – “Reyncers” (Şotlandiya) 2:1
Qollar: Mussounda, 9. Babiçka, 59 – Sima, 70.

“Betis” (İspaniya) – “Sparta” (Praqa, Çexiya) 2:1
Qollar: Diao, 9. İsko, 79 – Birmançeviç, 3.

Xal: Sparta – 3. Aris – 3. Betis – 3. Reyncers – 3.

D qrupu

“Sportinq” (Portuqaliya) – “Atalanta” (İtaliya) 1:2
Qollar: Qyokeres, 76-pen – Skalvini, 33. Rucceri, 43.

“Rakuv” (Polşa) – “Şturm” (Avstriya) 0:1
Qol: Bovinq, 24.

Xal: Atalanta – 6. Sportinq – 3. Şturm – 3. Rakuv – 0.

E qrupu

“Tuluza” (Fransa) – LASK (Avstriya) 1:0
Qol: Suazo, 31.

“Liverpul” (İngiltərə) – “Yunion” (Belçika) 2:0
Qol: Qravenberx, 44. D.Jota, 90+2.

Xal: Liverpul – 6. Tuluza – 4. Yunion – 1. LASK – 0.

F qrupu

Makkabi” (Hayfa, İsrail) – “Panatinaikos” (Yunanıstan) 0:0

“Vilyarreal” (İspaniya) – “Renn” (Fransa) 1:0
Qol: Sörlot, 36.

Xal: Panatinaikos, 4. Vilyarreal – 3. Renn – 3. Makkabi – 1.

G qrupu

“Slaviya” (Praqa, Çexiya) – “Şerif” (Moldova) 6:0
Qollar: Çyitil, 4; 71. Oqbu, 7. Qarananqa, 39-öz qapısına. Şçrans, 47. Dudera, 58.

“Roma” (İtaliya) – “Servett” (İsveçrə) 4:0
Qollar: Lukaku, 21. Belotti, 46; 59. Pelleqrini, 52.

Xal: Slaviya – 6. Roma – 6. Servett – 0. Şerif – 0.

H qrupu

“Molde” (Norveç) – “Bayer” (Almaniya) 1:2
Qollar: Breyvik, 87 – Frimponq, 14. Tella, 18.

“Hakken” (İsveç) – “Qarabağ” (Azərbaycan) 0:1
Qol: Juninyo, 70.

Xal: Bayer – 6. Qarabağ – 6. Molde – 0. Hakken – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: