Benjamin Mendinin təcavüz etdiyi qadın ifadə verdi

“Mançester Siti”nin müdafiəçisi Benjamin Mendinin güman edilən qurbanlarından biri onun törətdiyi cinsi təcavüz iddiasına dair ifadə verib.

Arena.az bu barədə “Manchester Evening News”a istinadən xəbər verir.

Fransa yığması ilə DÇ-2018-in qalibi olmuş 28 yaşlı müdafiəçi daha əvvəl cinsi təcavüzə məruz qalmış 10 epizoddan 8-də günahkar bilinməmişdi. Hazırda istintaq qalan iki ittihama dair işə baxır. İttihamçı tərəf iddia edir ki, Benjamin Mendi bir qadını zorlamağa cəhd edib, digərini isə zorlayıb.

Prokuror Bencamin Ayna məhkəmə qarşısında ifadə verib, Mendi tərəfindən zorlanmış qadınla bağlı hadisələrlə əlaqədar öz versiyasını irəli sürüb.

Cinsi təcavüz epizodunun 2022-ci ilin oktyabrında baş verdiyi bildirilir. Güman edilən qurban dostları gəldiyi bir barda Mendi ilə tanış olub. Daha sonra futbolçu qadını və dostlarını evinə dəvət edib və onlar razılaşıblar.

“Onlar (güman edilən qurbanla) onun evinə gələndə qadınlardan telefonlarını təhvil vermələri xahiş edildi. Bu, Mendini sosial medianın arzuolunmaz müdaxiləsindən, həmçinin pandemiya zamanı məhdudiyyətlərin pozulması problemlərindən qorumaq üçün edilib. Amma qurban xarici aləmlə əlaqələrinin kəsilməsini istəməyib”.

Qadın Mendi ilə hovuzun kənarında olarkən dostuna səsli ismarış göndərib.

“Mendi bunu gördü və yoxlamaq istədiyini deyərək, telefonunu götürdü. Qadın hiss edirdi ki, onunla uşaq kimi rəftar edirlər”, deyə prokuror bildirib.

İttihamçı tərəfin fikrincə, qadın telefonunda intim xarakterli fotolar olduğundan narahat olub. O, Mendidən telefonunu geri alacağını gözləyərək yataq otağına gedib: “Mən səninlə sekslə məşğul olmaq istəmirəm, sadəcə öz telefonumu geri istəyirəm. Telefonu mənə ver, gedim”.

Prokurorun sözlərinə görə, bundan sonra Mendi qapını kilidləyib və qadın soyunacağı təqdirdə telefonu ona qaytaracağına söz verib. Eyni zamanda futbolçu ona toxunmayacağını iddia edərək, guya deyib: “Sənin bədənini görmək istəyirəm. Mən sənin döşlərini görmək istəyirəm, onlar elə böyükdürlər ki…”.

Qız soyunduqdan sonra Mendi müqavimət göstərməsinə rəğmən, onu cinsi əlaqəyə məcbur edib. Eyni zamanda Mendi on min qadınla cinsi əlaqədə olduğuna inandırıb və zərərçəkmişin heç kimə deməyəcəyi halda, hər gecə onun yanına gələ biləcəyini bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: