“Beşiktaş” Türkiyə kubokunda mübarizəni dayandırdı

Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

“Sivasspor” “Fatih Karagümrük”lə qarşılaşıb. Sivas təmsilçisi minimal hesabla qalib gələrək yarımfinala yüksəlib.

Ötən mövsüm Türkiyə Super Liqasının və kubokun qalibi olmuş “Beşiktaş” isə bu mərhələdə “Kayserispor”la üz-üzə gəlib. İstanbul təmsilçisi yekunda məğlub olaraq kubokla vidalaşıb.

Türkiyə kubokunda 1/4 finalın sonuncu qarşılaşması martın 3-də keçiriləcək. Daha öncə “Trabzonspor” da yarımfinala vəsiqə qazanmışdı.

Türkiyə kuboku
1/4 final

1 mart

Trabzonspor – Antalyaspor 2:0
Qol: Vişça, 12. B.Özdəmir, 89.

2 mart

Sivasspor – Fatih Karagümrük 1:0
Qol: Yatabare, 69.

Beşiktaş – Kayserispor 1:2
Qol: Rozye, 43 – Qavranoviç, 6. Kardozo, 65.

3 mart

21:30. Alanyaspor – Qaziantep

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: