Brayan Kristante Joze Mourinyodan ağızdolusu danışdı

“Roma”nın yarımmüdafiəçisi Brayan Kristante komandasının baş məşqçisi Joze Mourinyonun komanda üçün vacib rolundan danışıb.

Arena.az Kristantenin “Roma”nın mətbuat xidmətinə verdiyi müsahibəsindən bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Onun komandanın uğurlarına töhfəsi böyükdür. O, kluba böyük təcrübə ilə gəldi və “Roma”ya çatışmayan keyfiyyətləri əlavə etdi. Onun mentaliteti fenomenaldır. Məhz bu amili bizim Avropa Liqasının finalına yüksəlməyimizin əsas açarı adlandırmaq olar”.

Mourinyo iki mövsümdür ki, “Roma”nı çalışdırır. Onun rəhbərliyi altında “Roma” 2021/2022 Konfrans Liqasının qalibi olub, həmçinin ötən mövsüm Avropa Liqasının finalına yüksəlib.

60 yaşlı portuqal mütəxəssisin klubla müqaviləsi 2024-cü il iyunun 30-na qədər nəzərdə tutulub.

Daha əvvəl “Roma” və Kristante arasında əməkdaşlığın davam etdirilməsi barədə məlumat verilmişdi. Tərəflərin ötən gün imzaladığı yeni müqavilənin müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaş: