Braziliya polisi Antoniyə qarşı təhqiqatını başa vurdu

Braziliya polisi “Mançester Yunayted”in braziliyalı hücumçusu Antoniyə qarşı məişət zorakılığı işi üzrə təhqiqatını yekunlaşdırıb.

Arena.az bu barədə “Globo” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, polis braziliyalı futbolçuya qarşı heç bir iddia qaldırmayıb.

Braziliya hüquq-mühafizə orqanları Antoninin təqsirini sübuta yetirmək üçün kifayət qədər dəlil tapmayılar. Amma İngiltərədə futbolçuya qarşı aparılan oxşar istintaq hələ də tamamlanmayıb.

Xatırladaq ki, daha əvvəl, futbolçunun keçmiş sevgilisi Qabriela Kavallin “qırmızı şeytanlar”ın futbolçusunun məişət zorakılığı ilə bağlı əməllərindən danışaraq, onu müvafiq məsələdə ittiham etmişdi. Sonradan məlum olub ki, Antoniyə qarşı yeni ittihamlar irəli sürülüb. Britaniya mətbuatının məlumatına görə, daha iki qadın futbolçunu hücumda ittiham edib. Antoni ittihamları təkzib edərək, özünü qurban olduğu və həqiqəti sübut edəcəyini bildirib və qadınlardan biri ilə yazışmaları dərc etdirərək, məsələnin məhkəmə ilə həll ediləcəyini bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: